Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Anri baş məşqçi olur

21 Aug 2018 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Fransa millisi və "Arsenal"ın sabiq hücumçusu Tyerri Anri "Bordo"nun baş məşqçisi ola bilər.

Press.az "Sky Sports"a istinadən xəbər verir ki, hazırda Belçika millisində məşqçi olan gənc mütəxəssis Fransa klubunun sükanı arxasına keçməyə əsas namizədlərdən biridir. Artıq veteran futbolçunun nümayəndələri Liqa 1 təmsilçisi ilə danışıqlara başlayıb.

Məlumatı "Arsenal"ın keçmiş baş məşqçisi Arsen Venger də təsdiqləyib: "Bəli. Anri bu işi çox istəyir. O, ağıllıdır və kifayət qədər təcrübəsi var. Yeganə sual doğuran məqam budur ki, Anri məşqçilik karyerası üçün öz həyatını qurban verməyə hazırdırmı".

Qeyd edək ki, Anri hazırda Belçika millisinin baş məşqçisi Roberto Martinesin köməkçisi vəzifəsini yerinə yetirir.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI