Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Burak Yılmaz klubunu dəyişdi

21 Aug 2018 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ötən mövsümün sonundan hücumçu axtarışlarını davam etdirən “Beşiktaş” keçmiş futbolçusunu heyətinə qatır.

Press.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “qara qartallar” Burak Yılmazın transferi üçün “Trabzonspor”la razılıq əldə edib. Türkiyə millisinin hücumçusunun transferinin ən geci sabah açıqlanacağı gözlənilir.

“Trabzonspor” rəhbərliyi milli üzvünü 4,5 milyon avrodan aşağı satmayacağını bildirmişdi. Lakin dünən klub prezidentləri arasında keçirilən görüşdən sonra İstanbul təmsilçisinin bu qiymətdə endirim əldə etdiyi bildirilir.

2006-2008-ci illərdə “Beşiktaş”ın şərəfini qorumuş 33 yaşlı hücumçu, 2017-ci ildən “Trabzonspor”da çıxış edir. O, “bordo-mavililər”in heyətində keçirdiyi 25 oyunda 23 qol vurub.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI