Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakı küçələrində ilk təmizləyici maşınlar - VİDEO

21 Aug 2018 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu gündən Bakı küçələrində “MAN” markalı müasir maşınlar təmizlik işlərini həyata keçirəcək. 

İlk mərhələdə gətirilmiş 10 maşın paytaxtın sürətli yollarında işləyəcək. 

Bu fikirləri jurnalistlərə açıqlamasında Bakı şəhər İcra hakimiyyəti yanında Mənzil-kommunal departamentinin sanitariya-gigiyena xidmətinin rəisi Mübariz Hüseynov deyib. 

Onun sözlərinə görə, bu texnika yolların və küçələrin təmizliyini təmin edəcək. Maşınların üstünlüyü ondan ibarətdir ki, heç bir halda sürücünün kabinəsini tərk etməsinə ehtiyac yoxdur. Bütün işlər avtomatik olaraq həyata keçirilir. 

“Gələcəkdə bu tipli maşınların sayının artırılması nəzərdə tutulur. Ancaq bu, o demək deyil ki, küçənin təmizliyi ilə məşğul olan şəxslər işsiz qalacaq. Onlar təmizlik işlərini sürətin az olduğu küçələrdə, eləcə də, Bakı şəhərinin həyətlərində həyata keçirəcək”, - Hüseynov əlavə edib. 

Oxu.az

Oxşar xəbərlər
OTACI