Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Seçə-seçə qurduğumuz milli komanda - Seleksiyamızın taleyi

21 Aug 2018 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Futbol da bir dünyadır...

Və bu dünyanı gözəlləşdirən əsas amillərdən biri də gənc futbolçuların yetişməsidir. Bu işdə əsas güc seleksiyaçıların üzərinə düşür. Hazırda dünya və Avropa futbolunda əsas söz sahibi bu vəzifənin icraçılarıdır. Belə ki, onlar gənc futbolçuların yetişdirilməsində böyük rol oynayırlar. Bəs gəlin görək bizdə bu sahə necə inkişaf edib?

Azərbaycan  Respublikasında dövlət qayğısı  nəticəsində bir sıra idman növləri üzrə əldə olunmuş yüksək nailiyyətləri nəzərə alaraq, futbola da dövlət qayğısını artırmaq, onun maddi-texniki bazasını inkişaf etdirmək, futbolun elmi-metodiki və normativ hüquqi bazasının yaradılmasını və təkmilləşdirilməsini təmin etmək məqsədilə 2005-ci il oktyabrın 10-da ölkə prezidenti İlham Əliyev “2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı” nın təsdiq edilməsi haqqında sərəncam imzaladı. Dərc olunduğu gündən qüvvəyə minən bu qərar artıq bu gündən dövrünü başa vurur. Geridə qalan illər ərzində ölkə futbolunda inkişaf üçün hansı işlər görüldü, dövlət proqramı necə yerinə yetirildi və futbolumuza nə verdi? Düzünü desəm bu suallara cavab tapmaq üçün çox baş sındırmaq lazımdır.

Milli komanda və klublarda aparılan seleksiya işi bir-birindən fərqlənsə də, hər ikisi yüksək peşəkarlıq tələb edir. Xüsusən də bəzi klubların bu işdə ixtisaslaşması və milyonlar qazanması skaut sisteminin nə dərəcədə önəmli olmasının bariz nümunəsidir.

Son 10 ilə nəzər salsaq görərik ki, AFFA-nın əsas və aşağı yaş qrupları üzrə milli komandalar üçün seleksiya işini fərqli istiqamətlərdə aparılıb. Milli assosiasiya Azərbaycanda çıxış edənlərlə yanaşı, ölkə xaricində top qovan bir çox oyunçunu da yığmaya cəb etmək siyasəti yürüdüb.

Lakin onların heç də hamısı azərbaycanlı olmayıb.  Aralarında iki qəbildən olan futbolçuların sayı çoxluq təşkil edir. İlk istiqamət hələ AFFA-nın mərhum prezidenti Fuad Musayev dönəmində üz tutduğumuz Dağıstan bazarıdırsa, digəri isə hazıda Bernhard Lippertin Azərbaycana gəlişindən sonra məhşurlaşan Almaniyadır.

Lakin, Ufuk Budak, Əli Gökdəmir, Cihan Özkara, Uğur Pamuk, Taşkın İlter, Pərdis Fərcad-Azad, Tuğrul Erat kimi türk futbolçuların yığmamıza cəlb edilməsi heç biri özünü doğrultmayıb. Eyni sözləri müəyyən məbləğ qarşılığında millimizdə oynamağa razılıq verdikləri söylənilən Ramil Şeydayev, Emin Mahmudov, Renat və Rüfət Dadaşov qardaşları barədə də demək olar. Bütün bunlar öz mənfi nəticəsini istər əsas, istərsə də aşağı yaş qruplarının oyunlarında çılpaqlığı ilə göstərməkdədir...

Təbii ki, milli komandamız stadionda böyük azarkeş toplayan kollektiv deyil. Yığmanın matçlarında yaşanan anşlaqlar daha çox rəqiblərin kimliyi ilə əlaqədardır. Bu açı reallıqdır ki, bizim azarkeşlərimiz daha çox Almaniya, Portuqaliya, İtaliya kimi rəqiblərin heyətlərində yer alan ulduzları görmək üçün stadionlara axın edirlər. Tərəfdarları tribunalardan qaçaq salan birinci səbəb uğursuz nəticələrdirsə, ikinci məqam isə milliləşdirmə siyasətidir. İnsanımız yığmada öz oyunçularımızı, Azərbaycana bağlı olanları görmək istəyir. 

Bütün bunlar isə düzgün seleksiya işlərinin aparılmamasının acı nəticəsidir. Gəlin baxaq görək bu prosses Avropada necə aparılır. Bəli bu gün Almaniya, Fransa və ya İngiltərə yığmalarında da başqa millətdən olan futbolçular çıxış edir. Lakin burada incə məqam var. Misalçün, Mesut Özil, Miroslav Kloze, Jerom Boatenq kimi futbolçular Almaniyaya köç edən mühacir ailələlərin övladlarıdır. Onlar bizim kimi diyar-diyar düşüb, gözə xoş gələnə pasport vermirlər. Ölkə xaricində futbolçu axtarmaq pis bir hal deyil. Axtaraq, amma yalnız azərbaycanılıarı axtaraq...

Təbii ki, seleksiya sahəsində Avropada öndə gedən klublardan biri, mən deyərdim elə birincisi Portuqaliyanın “Porto” klubudur. Bu klubun uğurlarının təməlində üç kateqoriya üzrə aparılan işlər durur. Birincisi, seleksiya xidmətidir. Bununla bütün dünyada futbolçu axtarışını reallaşdırırlar. Səviyyəyə görə bir neçə qrupa bölünən ölkələrdə "Portu”nun 250-dən (!) çox skautu fəaliyyət göstərir. Bu isə o deməkdir ki, bir oyunçunu eyni vaxtda klubun bir neçə əməkdaşı izləyə bilər. Daha sonra onların müstəqil rəyləri tutuşdurulur və yekun qərar qəbul olunur.

İkinci amil klubun istedadlı futbolçularının inkişaf etməsi, öz bacarıqlarını üzə çıxarmaları üçün lazımı şəraitin yaradılmasıdır. Üçüncü məqam isə "Portu”nun oyunçularını satmasıdır. Yəni, klub parlayan futbolçularını saxlayıb, onlarla daha böyük nailiyyətlər əldə etməyə can atmır.

"Portu”nun əsas üstünlüklərindən biri transferlərə pul xərcləməkdən çəkinməməsidir. Onlar sonradan baha qiymətə satdıqları oyunçuları havayı əldə etmirlər. Aşağıdakı cədvəldə bəzi futbolçular üçün ödənilən məbləğ və onların satışından əldə olunan vəsait qeyd olunub. Qiymətlər avro ilə göstərilib.

Futbolçu

Gəldiyi klub

Alış qiyməti

Getdiyi klub

Satış qiyməti

Pepe

Maritimu

2 mln.

Real Madrid

30 mln.

Halk

Tokio Verdi

6 mln.

Zenit

40 mln.

Radamel Falkao

River Pleyt

5,5 mln.

Atletiko

40 mln.

Xames Rodriqes

Banfild

7 mln.

Monako

45 mln.

Cekson Martines

Xaquares

9 mln.

Atletiko

37 mln.

"Portu”nun son 12 ildə futbolçu satışından əldə etdiyi vəsiatin məbləği 810 milyon avro təşkil edib. 

Təbii ki, 8 komandalı bir çempionatı olan Azərbaycan klublarından bunu tələb etmək sadəcə gülünc olardı. Lakin təmsilçilərimiz ən azı öz tələblərini ödəmək üçün mədud heyətlə skaut şöbəsi yarada bilərlər. Bütün bunların olmaması gən futbolçuları yetişməsinə maneə olur. Xarici bazar bir yana, klublarımız heç daxili bazara da göz qoymurlar. Bunu təmsilçilərimizin cari mövsüm üçün yay fasiləsində Peşəkar Futbol Liqasına təqdim etdikləri iştirak ərizələrindən görmək mümkündür. Premyer Liqada çıxış edən 8 klub daxili bazardan – yarısısı əvəzedicilərdən, yarısı isə I Diviziondan olmaqla, ümumilikdə 24 oyunçu götürüblər. Aydın məsələdir ki, onların da əksəriyyəti əsas heyət üzvü deyil.

Bütün bunlar isə futbolumuzu uçuruma aparır. Futbolumuzun dirçəlməsi ümidi ilə...

Orxan Hacı

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI