Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Qarabağ" ÇL-də mübarizəni dayandırdı - YENİLƏNİB

14 Aug 2018 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu gün UEFA Çempionlar Liqasında  3-cü təsnifat mərhələsinin cavab oyunları keçirilib.

Press.az xəbər verir ki, təmsilçimiz “Qarabağ” da növbəti oyununa çıxıb. Qurban Qurbanovun komandası səfərdə BATE-nin qonağı olub.

Bakıda keçirilən ilk görüşdə rəqibinə 0:1 hesabı ilə uduzan Ağdam təmsilçisi mərhələni keçmək üçün Belarusdakı oyunda qələbə qazanmalı idi. Lakin görüş 1:1 hesabı ilə yekunlaşıb və "Qarabağ" Çempionlar Liqasında mübarizəni dayandırıb. 

Qeyd edək ki, təmsilçimiz yolunu Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək. "Atlılar" burada "Şerif" (Moldova) - "Valür" (İslandiya) cütünün qalibi ilə qarşılaşacaq.

UEFA Çempionlar Liqası

3-cü təsnifat mərhələsi, cavab oyunu

14 avqust

BATE (Belarus) - "Qarabağ" (Azərbaycan) - 1:1

Qol: Mirka İvaniç, 19; - Miçel, 54;

Hakimlər: Andris Treymanis, Haralds Qudermanis, Alekseys Spasyonņikovs, Aleksandrs Qolubevs (hamısı Latviya)

Hakim-inspektor: Françesko Byanki (İsveçrə)

UEFA nümayəndəsi: Giorgos Fantaros (Cənubi Kipr)

Borisov. "Borisov Arena"

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI