Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Deputatdan valideynlərə MƏSLƏHƏT: " Övladlarınızı idmana yönəltməkdən çəkinməyin"

10 Aug 2018 rating_stars rating_stars rating_stars rating_stars rating_stars
“Bizdə üzgüçülük ənənəsi olmadığına görə kütləvi şəkildə dənizdə, göldə necə boğuluruqsaq, eləcə də nə disk, nə nizə ata bilirik, qaçmamız və tullanmamız da heç yoxdur”. Bunu Press.az-a açıqlamasında deputat Fazil Mustafa deyib. Deputat qeyd edib ki, Ramil Quliyevin yarışını izlədim: “Fərqi yoxdur, Türkiyə adına çıxış həm də bizimdir. İnamlı qələbə qazandı. Bizim üçün atletizmdə bu inanılmaz bir göstəricidir . Təəssüf ki, bu cür yarışlarda Azərbaycanın izi-tozu yoxdu. Bunun üçün məktəb, infrastruktur və təbliğat yoxdur. Cəhalətə doğru qaçış olsaydı, dünyada bizə çatanmı olardı? Heç olmazsa Ramilin qələbəsindən həvəslənib bundan sonra atletizmə diqqət yetirmək olar. Övladlarınızı idmana yönəltməkdən çəkinməyin, təhsildən yayındırmayın. Ramilin müsahibəsi də səviyyəli və anlamlı idi. Bir sözlə, beşdə beşlik bir obraz. Bir daha bu qəhrəman Vətən övladını təbrik edirəm. Həm də ona görə ki, Azərbaycanda dəyər verilmədiyində məhz Türkiyəni seçdiyinə görə”. Nərgiz
Oxşar xəbərlər
OTACI