Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Xarabalıqdan” çıxan “ruhlar şəhərinin” komandası - “Qarabağ”

02 Aug 2018 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Düzünü desəm, mən hind filmlərinə baxmağı elə də xoşlamıram. Amma bir neçə il bundan qabaq "Xarabalıqdan çıxmış milyonçu" fimini izlədim. Hansı ki, bu film 2009-cu ildə bir neçə mükafata layiq görülüb. Filmi izlədikdən sonra çıxartdığım nəticəbu idi: Həyat da bir məktəbdir, elə deyilmi?! Həm də böyük məktəb!

Bu hind filmi mənə çox təsir etmişdi. Yəqin ki, bir çoxlarınız izləmisiz bu filmi, amma, izləməyənlər üçün bildirim ki, bu möhtəşəm ekran əsəri kasıb, töküntü bir yerdən olan oğlandan, onun yaşadığı həyatda başına gələnlərdən və bütün bu çətinliklərə baxmayaraq, onun milyonlara sahib olmasından bəhs edir. Ən əsası da sonda sevdiyi qıza qovuşur. 

Bilirəm, indi deyəcəksiniz ki, bunun futbola nə aidiyyatı var axı?! Son illərin dəyişməz Azərbaycan çempionu “Qarabağ” yenə də tək başına ölkə futbolun bütün avropaya tanıdır. Bax elə “Qarabağ” futbol klubunu adını çəkdiyim filmin qəhrəmanının yerinə qoymaq olar. Çünki düşünün 20 ildən artıqdır ki, öz evində oynaya bilməyən yeganə komanda, bu gün bütün Avropanı fəth edir. Bu, müharibə nəticəsində dağıdılmış, 1993-cü ildən bəri insan yaşamayan “ruhlar şəhəri”ndən didərgin düşmüş güclü bir klubdur. Bütün bu çətinlikərə baxmayaraq, yenə də özündə güc taparaq ölkəmizin adını, “Qarabağ” Ağdam adını bütün avropaya və dünyaya tanıtmağa davam edir.

Ermənistanın Ağdamın böyük hissəsini işğal etməsindən sonra komanda ev oyunlarını Bakıda keçirməli olan “ruhlar şəhəri”nin komandası “Qarabağ” doğma məkan olan “İmarət”də son matçını 1993-cü ilin mayın 9-da “Xəzər”ə qarşı keçirib. Müharibə nəticəsində komandanın stadionu dağıdılır və öz şəhərini tərk edərək Bakıya, paytaxta köçür. Qarabağın müdafiəsi zamanı  komandir olan məşqçisi Allahverdi Bağırov Ağdam şəhəri uğrunda döyüşdə həlak olur. Milli qəhrəman olan Bağırov qoşunlara komandanlıq etmək üçün klubdakı vəzifəsini tərk edir. Klub hər il onun xatirəsini anır, stadiona banner asır və ümumiyyətlə, onun adı klubun gündəlik fəaliyyətində xatırlanır.

“Qarabağ”ın bütün bu uğrlarını həzm edə bilməyən ermənilər, bu günlərdə yenidən alçaq bir yola əl atıblar. Belə ki, onlar Allahverdi Bağırvun məzarını dağıdaraq öz aləmlərində bizlərdən qisas alırlar. Amma qisas günü tezliklə gələcək və “imarət tayfa”nın igidləri silaha sarılıb bütün bunların hesabını soracaq. ..

Amma hələ ki, söz “Qarabağ” klubunun igidlərinindi. Onlar hər kəsə göstərir ki, Qarabağ, Ağdam Azərbaycanın ayrılmaz hissəsidir. Çempionlar Liqasında ölkəmizi bu il də uğurla təmsil edən qarabağın 3-cü turdakı rəqibi Belarusun BATE Barisov komandası olacaq. İnanırıq ki, “köhlən atlar” ən azı ötən ilki uğurunu təkrarlayıb, bizləri yenidən sevindirəcək. Çünki Ağdam köçkünlərinin hələ ki, “Qarabağ”dan başqa sevinəcəyi heç nəyi yoxdur. Bütün xalqımız sizə inanır “ruhlar şəhəri”nin igid qəhramanları!!!

Orxan Hacı

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI