Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

ARB-dən pişiyi binadan atan Əliylə bağlı - Açıqlama

23 Jan 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

ARB TV Əli Mirəliyevin aparıcısı olduğu “Səhər-Səhər” proqramında pişiyi 9-cu mərtəbədən aşağı atması barədə dediyi sözlərə aydınlıq gətirib. 

Kanalın mətbuat xidmətindən bildirilib ki, Mirəliyev efirdə fikrini tam izah edə bilməyib: “Bu məsələ ilə bağlı Əli Mirəliyev özü “Səhər-səhər” proqramının bugünkü buraxılışında açıqlama verib. O bildirib ki, uşaqlıqda olan bir hadisədir və o pişiyi atmayıb. Binanın damında quşa hücum etmək istəyən pişik görüb və müdaxilə etmək istəyib. Quşu xilas edərkən pişik qaçıb və aşağı düşüb.

Sadəcə mövzunu tam izah edə bilməyən Əli Mirəliyevin bu sözləri heyvansevərlər tərəfindən birmənalı qarşılanmayıb. "Səhər-səhər" verilişi şou xarakterli səhər proqramı olduğu üçün aparıcı Elgiz Əkbər də müğənni Əli Mirəliyevlə zarafat edib. Mövzunu tam olaraq izləmək üçün bu günkü efirimizdən Əli Mirəliyevin açıqlamasını belə dinləyə və izləyə bilərsiniz”.

Qafqazinfo

Oxşar xəbərlər
OTACI