Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Tərtərdə pambıq sahəsində zəhərləndiyi deyilən 14 nəfərin hamısı evə buraxılıb - Müstəqim Məmmədov

17 Jun 2018 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Tərtər rayonunda pambıq sahələrindən birində zəhərləndiyi deyilən 14 nəfərin vəziyyəti yaxşıdır, onların hamısı evə buraxılıb.

Bu barədə rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov deyib.

M.Məmmədov bildirib ki, zəhərlənən şəxslərdən müəyyən analizlər götürülüb: "Analizlərin nəticələri onların qanlarında hər hansı zəhərli maddənin aşkar olmadığını göstərib".

İcra Hakimiyətinin başçısı həmçinin qeyd edib ki, hadisəyə səbəb sahədə istifadə olunan dərman vasitələri olmayıb:

"Dərmanın təsiri 2 gün müddətində olur, üzərində bu barədə yazılıb. Dərman vurulandan sonra yağış yağıb. Dərman ayın 11-də vurulub, sahəyə isə onlar ayın 16-da çıxıblar. Çox guman ki, onların vəziyyəti günvurma ilə əlaqədar pisləşib".

Trend

Oxşar xəbərlər
OTACI