Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Kolumbiyada prezident seçkilərinin ikinci turu başlayıb

17 Jun 2018 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu gün Kolumbiyada prezident seçkilərinin ikinci turu başlayıb.

Yerli vaxtla saat 08.00-da 36,2 milyon seçicinin səs verməsi üçün 11 min seçki məntəqəsi açılıb.

Mayın 27-də keçirilən prezident seçkilərinin birinci turunda 31,14 faiz səs toplayan İvan Duke və 25,08 səs toplayan Qustavo Petro ikinci turda mübarizə aparır.  Hələ 10 gün əvvəl aparılan sosioloji sorğulara əsasən, Demokratik Mərkəz Partiyasının namizədi İ. Dukeni  seçicilərin 45,5 faizi, "İnsan Kolumbiyası" Koalisiyası və Hindu və Sosial Alternativ Hərəkatının namizədi Q. Petronu isə seçicilərin 40 faizi dəstəkləyir. Aralarındakı fərqin az olması səbəbindən hər iki namizədin şansı yüksək qiymətləndirilir.

Kolumbiya  prezidenti 4 il müddətinə seçilir. Bir şəxs ikinci dəfə prezident seçilə bilməz.

APA

Oxşar xəbərlər
OTACI